Qənirə Paşayeva türkiyəli deputatlarla görüşüb
14 mart 2013 13:59 (UTC +04:00)

Qənirə Paşayeva türkiyəli deputatlarla görüşüb

Millət vəkili  Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü İsmail Safi, “Avrasiya İqtisadi Əlaqələr Dərnəyi” idarə heyətinin sədri Hikmət Ərən və Türkiyə Sivil Toplum Kuruluşları Konfederasiyasının rəhbəri Hasan Ekşi ilə görüşüb.

Lent. az-ın məlumatına görə, qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili ölkələrimiz  arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirib. Q. Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib.

TBMM-nin üzvü İsmail Safi iki qardaş ölkə arasında yüksək səviyyəli əlaqələrin olduğunu və əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. Görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin, qarşılıqlı maraq doğuran bir çox digər məsələlər ilə bağlı  fikir mübadiləsi də aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar