Türk dünyasından gələn gənc yazarlar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər. Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən Q. Paşayeva gənc yazarların Bakıda toplantısının keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Bizim birimizin gücü və güclənməyimiz hamımızın gücü və güclənməsi deməkdir. Birimizin ağrı-acısı, hamımızın ağrı-acısı, birimizin sevinc-xoşbəxtliyi, hamımızın sevinc-xoşbəxtliyi olmalıdır."
Görüşün sonunda Q. Paşayeva türk dünyasından gələn gənc yazarlara Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib. Gənc yazarlar da öz növbəsində öz ölkələri ilə bağlı xatirə hədiyyələrini təqdim ediblər.