Qənirə Paşayeva Raquf Orucovun anım tədbirində çıxış edib
14 iyul 2018 10:40 (UTC +04:00)

Qənirə Paşayeva Raquf Orucovun anım tədbirində çıxış edib

Millət vəkili Qənirə Paşayeva Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində böyük şücaətlər göstərmiş "Murov Qartalı" kimi tanınan Raquf Orucovun xatirəsinə həsr edilmiş anım tədbirində iştirak edib.

 

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Aprel zəfərininin xalqımız, ölkəmiz üçün böyük önəmindən, düşmənə vurulan böyük zərbədən danışıb. O qeyd edib ki, Raquf Orucov kimi qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.

 

Millət vəkili Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onunla bağlı xatirələrini bölüşüb, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək olduğunu söyləyib. Ali Baş Komandanın, prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib.

 

Qənirə Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. 

 

Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar