Millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, onları təbrik edən millət vəkili Q.Paşayeva Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Şəhid ailələrinə, Qarabağ qazilərinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili bütün Azərbaycan üçün onların çox dəyərli olduğunu deyib.
Millət vəkili Q.Paşayeva hər bir Qarabağ qazisini və şəhid ailəsini ayrılıqda da dinləyib, geniş söhbətlər, fikir mübadiləsi olub.