Qənirə Paşayeva Ümumdünya Qadın Konfransının baş katibi ilə görüşüb
16 noyabr 2017 12:19 (UTC +04:00)

Qənirə Paşayeva Ümumdünya Qadın Konfransının baş katibi ilə görüşüb

0

Millət vəkili Qənirə Paşayeva Pekində keçirilmiş 4-cü Ümumdünya Qadın Konfransının baş katibi və Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella və onun rəhbərlik etdiyi heyətlə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Müzakirələr zamanı millət vəkili ona və rəhbərlik etdiyi heyətə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı danışıb.  

 

Q. Paşayeva Gertrude Mongellaya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının  Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi haqda ətraflı məlumatlar verib.

 

Millət vəkili Gertrude Mongella və rəhbərlik etdiyi heyətə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar