Qənirə Paşayeva Karabükün fəxri vətəndaşı oldu
06 fevral 2014 09:51 (UTC +04:00)

Qənirə Paşayeva Karabükün fəxri vətəndaşı oldu

Türkiyənin Karabük bələdiyyə məclisi millət vəkili Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşı adı verilib.

Lent.az-ın verdiyi məlumata görə, Türkiyənin böyük bölgələrindən biri olan Karabükun  Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, dr. Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri  Rafet  Vergili  tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları  ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsini müsbət addım olardı. 

Qeyd edək ki, Qənirə Paşayeva özünün Facebook səhifəsində bu qərara görə Karabük bələdiyyəsinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar