Qənirə Paşayeva İstanbul Universitetinin rektoru ilə görüşüb
02 dekabr 2013 13:40 (UTC +04:00)

Qənirə Paşayeva İstanbul Universitetinin rektoru ilə görüşüb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Yunus Söylet ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib. Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edən millət vəkili Q. Paşayeva İstanbul Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın olmasından danışıb.

 

 Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib.

 

Görüşün sonunda millət vəkili İstanbul Universitetinin rektoruna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar