Qənirə Paşayeva futbolçularla bir arada
16 avqust 2014 13:09 (UTC +04:00)

Qənirə Paşayeva futbolçularla bir arada

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın köklü futbol klublarından olan və futbol ənənələrinə malik “Turan” futbol klubunu ziyarət edib. Lent.az-ın məlumatına görə, ziyarət zamanı gənc qızlardan ibarət heyətin oyunçuları, məşqçilərı, komanda heyəti ilə görüş keçirilib.

 

Q. Paşayeva klubunun gənc qızlardan ibarət heyətinin üzvü Vüsalə Hacıyevanın artıq Azərbaycanın milli yığmasında oynamasının, iki üzvünün - Könül Məhərrəmova və Ayişə Həsənovanın isə yaxın gələcəkdə milli yığmada oynamaq perspektivinə malik olmasını təqdirəlayiq olduğunu deyib, onların gələcək perspektivləri mövzusunda AFFA-nın rəhbərliyi ilə danışacağını deyib. AFFA rəhbərliyindən Tovuzda qadın futbolunun inkişafına dəstək və qayğını artırmalarını xahiş edəcəyinə söz verib.

 

Görüşün sonunda Q. Paşayeva müəllifi olduğu kitabları imzalayaraq onlara hədiyyə edib, “Turan” klubunun stadionunda onların məşqlərini izləyib.

 

Millət vəkili gənc qız futbolçularımızla görüşdən sonra onlarla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov ilə danışıb. Elxan Məmmədov bildirib ki, AFFA tərəfindən Tovuzda gənc qız futbolçularımızın inkişafı, onlara diqqət və qayğının artması istiqamətində dəstək daha da artacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar