Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Benin Parlamentinin sədri Adrien Houngbedji ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Benin Parlamentinin sədri Adrien Houngbedjiyə Azərbaycanl və Qarabağ həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun qətlə yetiridyi balaca Zəhra barəsində ətraflı məlumatlar verib.
Q. Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə laqeyd qalmamalıdır. Q. Paşayeva Benin Parlamentinin sədrinə erməni vandalizmini əks etdirən materiallar təqdim edib.
Benin Parlamentinin sədri Adrien Houngbedji də ölkəsinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və buna önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb və geniş fikir mübadiləsi aparılıb.