Millət vəkili Qənirə Paşayeva “Kanal D” televiziyasında “Abbas Güclü ilə Gənc Baxış” 3 saatlıq proqramının canlı yayımının qonağı olub. Lent.az-ın məlumatına görə, Q. Paşayeva proqramda Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi vandalizm aktları, soyqırımlar, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib.
Proqramda iştirakı qəbul etdiyinə görə millət vəkilinə təşəkkür edən proqramın aparıcısı Abbas Güclü və Amasya Universitetinin rektoru Metin Orbay da proqramın Türkiyə toplumunun Azərbaycanı daha da yaxından tanıması və haqqında daha geniş bilgi əldə edə bilməsi istiqamətində çox faydalı olacağını deyiblər.