Qəbul imtahanında 13 yaşlı uşaq iştirak edəcək
21 may 2013 14:42 (UTC +04:00)

Qəbul imtahanında 13 yaşlı uşaq iştirak edəcək

2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102 034 abituriyent sənəd verib. Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ərizələrin qəbulu aprelin 9-dan mayın 17-dək aparılıb. Onun sözlərinə görə, ərizələrini təsdiq etdirmiş 102034 abituriyentlərdən 69611 nəfəri bu il ilk dəfə olaraq ərizələrini özləri, Sənəd Qəbulu Komissiyasına getmədən təsdiq ediblər. Onun sözlərinə görə, 32 min abituriyentin sənədlərini Sənəd Qəbulu Komissiyalarında təsdiq edilib: “İnanıram ki, hərbi qulluğa qəbulla bağlı məlumat bazaları əvvəldən verilsə, demək olar ki, Sənəd Qəbulu Komissiyalarının və ora müraciət edənlərin sayı azalacaq. Komissiya tərəfindən indi müəyyən ərizələr araşdırılır. 1 həftə ərzində bütün dəqiqləşmələr başa çatdırılacaq”.

 

 

 
M.Abbaszadə qeyd edib ki, bu il ali məktəblərə sənəd verənlər arasında oğlanların sayı biraz çoxdur. Onun sözlərinə görə, ən yaşlı abituriyent 1956-cı il, ən gənc isə 2000-ci il təvəllüdlüdür. Bu il sənəd verənlərin 58 365 nəfəri bu ilin, 43 mini isə əvvəlki illərin məzunlarıdır”.

TQDK sədri qeyd edib ki, qabiliyyət imtahanlarına abituriyentlərin qeydiyyatı ötən gün başa çatıb. Bu prosesin mayın 1-dən 20-dək aparıldığını deyən M.Abbaszadə bildirib ki, qabiliyyət imtahanlarında iştirak etmək üçün 5472 nəfər qeydiyyatdan keçib. Ən çox qeydiyyatdan keçənlər isə bədən tərbiyəsi və idman üzrədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378

Oxşar yazılar