Qəbul imtahanları gələn həftə başlayacaq
06 iyul 2013 11:06 (UTC +04:00)

Qəbul imtahanları gələn həftə başlayacaq

İyulun 14-də ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. İlk qəbul imtahanı üçüncü qrup üzrə keçiriləcək. Birinci qrup üzrə qəbul imtahanlarının isə iyulun 21-də keçiriləcəyi nəzərdə tutulub. Bu ay ərzində növbəti qəbul imtahanı dördüncü qrup üzrədir. Qeyd olunan qrup üzrə iyulun 29-da qəbul imtahanı keçiriləcək. Ali təhsil müəssislərinə sonuncu imtahan ikinci qrup üzrədir. Həmin qrup üzrə imtahan  avqustun 3-də baş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar