Mayın 21-də Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Tədbir çərçivəsində bu ölkələrin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.
Üçtərəfli biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində baş tutub.