Qəbələdə qədim tikililər aşkar edilib
26 avqust 2013 16:20 (UTC +04:00)

Qəbələdə qədim tikililər aşkar edilib

Qədim Qəbələ şəhərinin ərazisində yeni maddi mədəniyyət nümunələri aşkar edilib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

AMEA Arxelogiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası tərəfindən qədim Qəbələ şəhəri ərazisində tədqiqatlar davam etdirilir.

Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirdə aparılan arxeoloji qazıntılar nəticəsində müxtəlif növ tikililər, saxsı qablar, bəzək əşyaları və digər maddi-mədəniyyət nümunələri aşkar edilib. Qeyd edək ki, ərazidə aparılan arxeoloji qazıntılar Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə həyata keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar