Azərbaycanın Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda keçirilən konfrans müxtəlif təqdimatlarla işini davam etdirir.
APA-nın məlumatına görə, rəsmi açılış mərasimindən sonra konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatının ekspertləri, habelə tədbirdə iştirak edən ölkələrin fövqəladə halların aradan qaldırılmasına məsul qurumlarının nümayəndələri öz ölkələrində mövcud potensial problemlər və görülən işlər barədə təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndələri arasında ikitərəfli görüşlər də baş tutub.
Qeyd edək ki, konfrans Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilir. Konfransda 54 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan 155-dən artıq nümayəndə iştirak edir.