Qaradağın zəlzələ bölgəsi qar altında
31 yanvar 2013 23:10 (UTC +04:00)

Qaradağın zəlzələ bölgəsi qar altında

2012-cü il avqustun 11-də mərkəzi Əhər, Heris və Vərziğan şəhərləri olmaqla Güney Azərbaycanın  Qaradağ mahalında 6,2 bal gücündə dağıdıcı zəlzələ baş verib. Zəlzələdən zərərçəkənlər isə hələ də fəlakət içində yaşayır.

Lent.az-ın məlumatına görə, İran xəbər agentliyi Vərziqandan reportaj hazırlayıb.

Reportajda bildirilir: “ Vərziqan bölgəsinə 3 gün əvvəl güclü qar yağıb. Bundan sonra Vərziqanın 50 kəndinin yolu bağlanıb. Bölgəyə  37 sm hündürlüyündə qar 3 gün əvvəl yağsa da, şəhər bələdiyyəsi yalnız dünən (yanvarın 30-da) yolları açmağa başlayıb. İşlərin belə gecikməsi kəndlərdə vəziyyəti daha da ağırlaşdırıb. 2012-ci il avqustunda  baş verən və çox böyük tələfata səbəb olan güclü zəlzələ nəticəsində valideynlərini itirən uşaqlar indi də soyuqdan əziyyət çəkirlər. Ümid edirik ki, Şərqi Azərbaycan valiliyi məsələyə daha çox diqqət göstərərək, öz vəzifəsini yerinə yetirəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Oxşar yazılar