Qarabağ və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırılıb - YENİLƏNİB
26 may 2014 13:27 (UTC +04:00)

Qarabağ və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırılıb - YENİLƏNİB

Cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatı başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün növbədə olan daha 157 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edilib.
 

Mərasimdə prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli sərəncamının nazirlik tərəfindən qısa müddət ərzində icra olunduğu vurğulanıb. Sərəncamla dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ƏƏSMN-a 5 milyon manat əlavə vəsait ayrılıb. Bu vəsait hesabına cari ilin əvvəlinədək növbəyə durmuş 657 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin dövlət tərəfindən pulsuz xüsusi avtonəqliyyatla tam təminatı son iki ay ərzində başa çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar