Qarabağ qazisi Ruxsarə Cumayevanın səhhəti daha da ağırlaşıb
29 may 2013 17:16 (UTC +04:00)

Qarabağ qazisi Ruxsarə Cumayevanın səhhəti daha da ağırlaşıb

Keçmiş döyüşçünün qızı Rəqsanə Cumayeva: “Anamı ölməyə qoymayın!”

 

Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının ofisində uzun müddətdir omba sümüyündəki problemlə əlaqədar yataq xəstəsi olan Qarabağ qazisi Ruxsarə Cumayevanın təcili əməliyyat edilməsi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən bir qrup müharibə yönümlü QHT-lərin, tanınmış şəxslərin, ziyalıların təşəbbüsü ilə toplantı keçirilib. Tədbirin aparıcısı jurnalist, Qarabağ qazısı Rey Kərimoğlu R.Cumayevanın səhhəti və onun əməliyyatı üçün lazım olan vəsaitin toplanması vəziyyəti ilə bağlı son məlumatı iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə görə, son günlər Qarabağ qazısının səhhəti daha da ağırlaşıb, əməliyyat üçün lazım olan vəsaitin isə cəmi 10 faizi toplanıb. Tədbirə qatılan hərbi həkim, sözügedən xanımı hələ 1992-ci ildən tanıyan Alı Qurbanlı R.Cumayevanın xəstəliyinin xarakteri və ağırlıq dərəcəsindən danışıb. O bildirib ki, R.Cumayevanın Türkiyə Cümhuriyyətində bir ombasının əməliyyatı üçün təqribən 25-28 min manat civarında vəsait lazımdır.

 

A.Qurbanlı Azərbaycanda hələlik R.Cumayevanın vəziyyətində olan xəstələr üzərində lazım olan mürəkkəb əməliyyatı həyata keçirilməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb və bunun tibbi-texniki tərəfindən söz açıb. Digər tədbir iştirakçıları çıxış edərək R.Cumayevanın həyatını xilas olunması üçün rəy və təkliflərini bildiriblər. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək məsələ ilə bağlı konkret təkliflər irəli sürdü.

 

R.Cumayevanın komandiri olmuş, (Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin alayının 5-ci batalyonun komandiri) Qələndər İsmayılov çıxış edərək R.Cumayevanın döyüş yolundan, fədakarlığından danışıb. Tədbirdə Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, keçmiş döyüşçü Radə Abbasın rəhbərliyi ilə R.Cumayevanın müalicəsinin təşkili üçün işçi qrupu yaradılması qərar alınıb. İşçi qrupu müvafiq dövlət qurumları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya da müraciət edəcək.

 

Sonda R.Cumayevanın 12 yaşlı qızı Rəqsana Cumayeva çıxış edərək iştirakçılara və səlahiyyətli şəxslərə anasına kömək etmələrini xahiş edib. O deyib ki, “Anamı ölməyə qoymayın!”

 

Xatırladaq ki, Zaqatala rayonunda doğulan, cəbhədə Tutu adı ilə tanınan Rüxsarə Cumayeva ali təhsilini yarımçıq qoyaraq, omba nahiyəsində anadangəlmə travma olmasına baxmayaraq, könüllü şəkildə Qarabağa yollanıb. Döyüşlərdə son ana qədər əsgərlərimizin yanında olmuş, onlarla Azərbaycan əsgərinin həyatını xilas etmişdir. Ruxsarə Cumayeva tibb bacısı kimi böyük şücaətlər göstərib, çoxsaylı döyüş əməliyyatlarının iştirakçısı olub, qəlpə yaraları alıb.

 

Onun müalicəsi üçün yaradılan bank rekvizitləri və əlaqə telefonları bunlardır. İmkanlı şəxslərdən bu qəhrəman xanımın həyatını xilas etmək üçün kömək göstərmələri xahiş olunur:

Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı

Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158

Vöen: 9900003611

Telefon : 012 440 - 15- 54

Kod : 200123

Swift bik : AİİBAZ2X

M/Hesab : 0137010001944

S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı

Hesab № 38010019441203449112

                                                             R.Cumayevlə əlaqə telefonu:

Mobil: 055 267 18 65

Ev: (012) 449 40 26

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400
avatar

Oxşar yazılar