Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şamaxı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, reyd zamanı “Mercedes” markalı 50 CL- 474 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobilinin rayonun Zoğalavay çayı ərazisinə heyvandarlıq təsərrüfatındakı tullantıları boşaltdığı aşkar edilib.
Avtomobilin sürücüsü sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı akt tərtib olunub.
Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması üçün məktubla Şamaxı rayon Polis Şöbəsinə müraciət edilib.