Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyi arasında qalmaqal mövzusuna çevrilmiş dərsliklərin müzakirəsini artıq internetdə canlı izləmək mümkün olacaq.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin nəzərinə çatdırır ki, sabah saat 11:00-da TQDK-da keçiriləcək elmi-metodiki seminarda ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün Azərbaycan tarixi dərsliyinin və müəllim üçün metodik vəsaitin müzakirəsi aparılacaq.
Seminar iclası TQDK-nın internet saytında canlı yayımlanacaq.