Prezidentin sərəncamı ilə onlara medal verildi
26 sentyabr 2014 17:14 (UTC +04:00)

Prezidentin sərəncamı ilə onlara medal verildi

Bu gün Ümumdünya Turizm Gününə həsr olunmuş konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin aparat rəhbərinin müavini Cavanşir Cəfərov və turizm şöbəsinin müdiri Aydın İsmiyevə "Dövlət qulluğunda fərqlənməyə görə" medalları təqdim edilib. Lent.az-ın məlumatına görə, Ə. Qarayev bildirib ki, C. Cəfərov və A. İsmiyev dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə bu medalla təltif ediliblər.

 

 

Daha sonra nazir Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərova, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırova və “Abşeron qrup” şirkətinin əməkdaşı Cəmilə Atakuman Cavanşirə Fəxri turizm işçisi döş nişanı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar