Prezident İlham Əliyev Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər bir sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Xorvatiyaya fövqəladə və səlahiyyətli səfir təyin edilib.