Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub. Lent.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Xalça Muzeyinin əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müştərək layihələrin hazırlanması, həyata keçirilməsi və s. daxildir.
Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hazırda Muzeydə 15 mindən artıq nadir eksponatdan ibarət kolleksiya mühafizə olunur. Muzeyin qızıl fondunu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyalar ilə 7 əsas Azərbaycan xalçaçılıq məktəbini təmsil edir. Bundan başqa, muzeyin ekspozisiyasına xovsuz xalçalar, zərgərlik və metal məmulatları, bədii tikmələr, parçalar, milli geyimlər və s. aiddir.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar – xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür.
Beşmərtəbəli binada iş otaqları, avtomatlaşdırılmış fond saxlancı, bərpa emalatxanaları, suvenir mağazası, ziyarətçilərlə iş şöbəsi, sərgi sahəsi, 120 nəfərlik kafe, təqdimatlar və mühazirələr üçün zallar, interaktiv məlumat sistemi, video və audio təqdimatlar üçün auditorium və s. var.

Prezident Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində olub - YENİLƏNİB
Oxşar yazılar

Vanqanın PROQNOZU: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
22 avqust 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
21 avqust 2025 , 20:43
Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32