Pirallahıyla Abşeronu birləşdirən körpü bu il bitəcək
23 oktyabr 2015 19:21 (UTC +04:00)

Pirallahıyla Abşeronu birləşdirən körpü bu il bitəcək

Tikintisi 2013-cü ildən başlamış Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirəcək körpünün tikintisi bu ilin sonuna qədər bitəcək. Bu barədə Lent.az-a körpünü inşa edən "EVRASCON" şirkətinin sədr müavini Vaqif Hacıyev məlumat verib.

 

Şirkət rəsmisinin sözlərinə görə, Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilən körpünün inşasından sonra altdakı yol söküləcək və yeni dəniz nəqliyyatı qurulacaq.

 

Qeyd edək ki, körpünün uzunluğu 710, uzunluğu isə 14 metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar