Paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq
06 aprel 2019 10:25 (UTC +04:00)

Paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 6-dan 7-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
 
AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 7-si axşam saatlarınadək qüvvədə olacaq.
 
Bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar