Paytaxtda eksternat imtahanları başlayıb
11 may 2017 17:04 (UTC +04:00)

Paytaxtda eksternat imtahanları başlayıb

0

   

Mayın 11-də əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilən eksternat imtahanında 412 nəfər iştirak edib.

 

Eksternat imtahanları mayın 12-si və 13-də digər fənnlər üzrə davam edəcək.

Məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək.  Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin  saytına ( www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar