Azərbaycan Milli Məclisinə akkreditasiya olan bir qrup jurnalist 9 noyabr - Bayraq Günü ilə əlaqədar olaraq ölkənin şimal-qərb bölgəsində bayraq aksiyası keçirib.
Lent.az-n məlumatına görə, 20-ə yaxın jurnalistin qatıldığı aksiya Milli Məclisin Yeni Azərbaycan Partiyasının namizədi olaraq Balakəndən seçilən üzvü Nəsib Məhəməliyev və Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə baş tutub.
Hər il ənənəvi olaraq 9 noyabr PJB üzvləri tərəfindən qeyd edilir. Bildirilib ki, bu il də davam etdirilən ənənəvi səfərdə məqsəd bayraq gününün bölgələrdə geniş təbliğatını aparmaq, insanların bu barədə bilgilərini artırmaqdan ibarətdir.
Jurnalistlər səfər çərçivəsində Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı bölgələrində 2 minə yaxın bayraq paylayıblar, bayraq günü ilə bağlı bilgi veriblər.