“Əmək məcəlləsinə edilən bu dəyişiklik birbaşa vətəndaşın hüquqlarının müdafiəsindən gedir. Bu layihədə ən maraqlı tərəf də məhz işəgötürülən tərəf olmalıdır. Çünki pozulan hüquqlar onunkudur. İşəgötürülən şəxslər öz hüquqlarını dərk etməlidirlər”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü sessiyasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, təklif olunan dəyişikliklər böyük yenilikdir və işçilərin hüquqlarının qorunmasına xidmət edir.
Çıxış edən digər deputatlar da təklif olunan dəyişikliklər barədə danışaraq, bunun müsbət tərəflərindən danışıblar.
Ardınca qanun layihəsi səsə qoyulub qəbul edilib.
Sessiyada eyni zamanda mahiyyətcə Əmək Məcəlləsinə edilən dəyişikliyə aid olan İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsi və Cinayət Məcəlləsinə dəyişikliklər də səsə qoyularaq qəbul edilib.

Parlament Əmək Məcəlləsində dəyişiklik etdi
Oxşar yazılar

Külək güclənəcək - XƏBƏRDARLIQ
29 iyun 2025 , 15:42
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29 iyun 2025 , 13:03
Sabahın havası meteohəssas insanlara necə təsie edəcək?
29 iyun 2025 , 12:57
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
29 iyun 2025 , 12:32
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
29 iyun 2025 , 12:21
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
29 iyun 2025 , 11:08
Uzunömürlülüyün sirri sizin fincanınızdadır? Qəhvə haqqında inanılmaz və şok FAKTLAR
29 iyun 2025 , 09:28