Ötən ay evlənmək istəyən 7 nəfərdə QİÇS aşkarlanıb
16 may 2017 13:09 (UTC +04:00)

Ötən ay evlənmək istəyən 7 nəfərdə QİÇS aşkarlanıb

0

Aprel ayı ərzində isə 9653 nəfər nikahdan əvvəl müayinədən keçib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin aprel ayı ərzində müayinədən keçmiş 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.

 

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçib.

 

1 iyun 2015-ci il – 30 aprel 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar