“Orta məktəblərdə keçiriləcək monitorinq imtahanının dəqiq vaxtı yaxın günlərdə məlum olacaq”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, qeyd olunan imtahanlar ya apreldə, ya da mayda keçiriləcək. “Bu imtahanların hansı regionlarda olacağı hələ dəqiq müəyyənləşməyib.”-deyə, mətbuat katibi əlavə edib.
Qeyd edək ki, (TQDK) bu ildən orta məktəblərdə müəyyən fənlər üzrə monitorinq imtahanları keçirməyə başlayacaq. TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, monitorinq imtahanları 2 istiqamət üzrə olacaq. Onun sözlərinə görə, bunlardan biri elmi-metodiki məqsədlərə xidmət edəcək, digəri isə qiymətləndirmək məqsədilə aparılacaq.