Onlara Aşura günündə fürsət verməməliyik!
02 noyabr 2014 13:56 (UTC +04:00)

Onlara Aşura günündə fürsət verməməliyik!

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Aşura günü ilə bağlı ölkə Əhli-Beyt sevərlərinə müraciət edib. Lent.az-ın məlumatına görə, Seyid Camal Əzimbəylinin müraciətində bildirilir:

 

“Uca Allahın adı ilə. Təmsil etdiyim şəcərəli Əhli-Beyt Seyid Ocaqları adına Azərbaycanın bütün Əhli-Beyt sevər vətəndaşlarına müraciət edirəm.
Əziz bacı və qardaşlarım!  Sevgili Peyğəmbərimiz və Onun pak Əhli-Beytinin ən ali şəhidi, ölməzlik məktəbinin öndəri Həzrəti Hüseyn və Onun silahdaşlarının şəhadətə qovuşmalarının ildönümü münasibətilə hər birinizə başsağlığı verirəm.

 
Əzizlərim! Qarabağ Seyid Ocaqları, Kərbəla qiyamını doğuran səbəbləri dərk edən, İmam Hüseyn nəslindən olan, əsrlərdir ki, qədrbilən xalqımızın and yerinə çevrilən Seyidlərin adından müraciət edərək bildirirəm ki, canımız Azərbaycanımızın birlik və bərabərliyi, bütövüyü, Qarabağımızın işğaldan azad olunması naminə bir olmalıyıq. İmam Hüseyni siyasi alətə çevirənlərə fürsət verməməliyik. Azərbaycanı İraqa, Suriyaya, Pakistana çevirmək istəyən, ölkəmizdə dinlər və təriqətlərarası münasibətləri qızışdırmaq istəyən, istər xarici istərsə də daxili zərərli qüvvələrin mövcud olduğunu unutmamalıyıq.
 

Əziz Əhli-Beyt sevərlər! Sevgili Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.s) buyurur ki: “Vətəni sevmək imandandır”. Bu məmləkətin əsl vətənsevər iman sahibləri sizlərsiniz. Əsrlərdir ki, məmləkətimizin bütövlüyü, milli mənafelərimizin mühafizə olunması yolunda Əhli-Beyt sevər ölkə vətəndaşlarının misilsiz xidmətləri olmuşdur. Bu gün müqəddəs dinimizə ləkə gətirən, əslində İslama heç bir aidiyyatı olmayan təkfirçi milli dönüklərə zərrə qədər də olsa belə Aşura günündə fürsət verəcək əməllərə yol verməmək hər birimiz üçün şərəf işi olmalıdır! Unutmamalıyıq ki, İmam Hüseyndən dərs alan minlərlə Vətən övladları məmləkətimizin bütövlüyü uğrunda qəhrəmancasına Şəhidlik mərtəbəsinə yüksəliblər. Əhli-Beytin layiqli davamçısı, şəhid Seyid Mübariz İbrahimovun qəhrəmanlıq səlnaməsi hər birimizə örnəkdir.

 

Aşura günündə milli dövlətçiliyimiz, Qarabağ torpaqlarımızın tezliklə işğaldan azadlığı naminə Rəbbimizdən Əhli-Beytə xatir kömək diləmək ən ali duamız olsun. Uca Allah dininə, Peyğəmbərinə və onun pak Əhli-Beytinə, eləcə də dövlətinə və bayrağına könül verən bütün ölkə vətəndaşlarımızı qorusun. Amin"!

# 1545
avatar

Oxşar yazılar

Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

20 may 2024 , 13:20
Aliment ödəməyən şəxsi  hansı cəza   gözləyir?

Aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

20 may 2024 , 12:58
Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ  baş tutdu

Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ baş tutdu

20 may 2024 , 12:30
"Malakan bağı"  belə olacaq -  FOTOLENT

"Malakan bağı" belə olacaq - FOTOLENT

20 may 2024 , 12:27
Sabah  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

20 may 2024 , 12:00
Üç bürc may ayının sonuna qədər  ciddi çətinliklərlə  üzləşəcək

Üç bürc may ayının sonuna qədər ciddi çətinliklərlə üzləşəcək

19 may 2024 , 19:25