Ön cəbhədə Qənirə Paşayevanın kitabının təqdimatı olub
02 aprel 2014 11:02 (UTC +04:00)

Ön cəbhədə Qənirə Paşayevanın kitabının təqdimatı olub

Ön cəbhədə millət vəkili Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının təqdimatı və imzalanması olub. Lent.az-ın məlumatına görə, əsgər və hərbçilər adından Q. Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını vurğulayıb.

 

 

Kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən Q. Paşayeva bu tədbirin, kitablarının təqdimatının önəmindən danışıb: “Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meylli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar