Ombudsman Türkiyənin səfirini qəbul edib
23 yanvar 2013 20:49 (UTC +04:00)

Ombudsman Türkiyənin səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunu  qəbul edib. Bu barədə APA Ombudsman Aparatına istinadən məlumat verir.

 

Görüşdə Müvəkkil bu yaxınlarda Türkiyədə ilk Ombudsmanın seçilməsini əlamətdar hadisə kimi vurğulayıb. O, hüquqi dövlətin mühüm atributlarından olan Ombudsman  təsisatının  yaradılmasının Türkiyədə insan hüquqlarının daha səmərəli təmininə  kömək edəcəyinə ümid bəslədiyini bildirib. E.Süleymanova səfirə fəaliyyətində uğurlar arzulayıb.  

 

Müvəkkil insan hüquqları sahəsində 10 illik fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə ətraflı məlumat verib.

 

Ombudsmanın insan hüquqları sahəsində  beynəlxalq əməkdaşlığı diqqətə çatdırılıb. Müvəkkilin və əməkdaşlarının insan hüquqları üzrə  350-dək beynəlxalq konfransda iştirak etdiyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi sənədləri sırasına   Ombudsmanın 20-dən çox bəyanatının daxil edildiyi vurğulanıb.

 

İsmayıl Alper Coşqun  Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində böyük təcrübəsinə Azərbaycandan kənarda da dəyər verildiyini diqqətə çatdırıb. Ölkəsində yenicə yaradılmış Ombudsman institutunun təşəkkülündə Azərbaycan Onbudsmanının köməyinin fayda verəcəyini bildirib. Səfir iki tərəf arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsini vacib sayıb. O, faydalı fikir və məlumat mübadiləsini yüksək qiymətləndirmiş, yeni seçilmiş Türkiyə Ombudsmanının Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlıq edəcəyini bildirib.

 

E.Süleymanova  Türkiyənin ölkəmizdəki səfirliyi ilə insan hüquqları sahəsində  yaranmış səmərəli əlaqələrin  bundan sonra da davamlı olacağına ümid bəslədiyini qeyd edib. O, yeni seçilmiş türkiyəli həmkarı ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar