Ombudsman norveçli nümayəndələri qəbul edib
09 aprel 2013 21:32 (UTC +04:00)

Ombudsman norveçli nümayəndələri qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Norveç Krallığı Miqrasiya Xidmətinin İnformasiya Mərkəzinin rəhbəri xanım Vibeke Kolderup və mərkəzin əməkdaşı xanım Toniye Brunu qəbul edib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları bu ölkənin Azərbaycandakı səfirliyinin məsul əməkdaşı xanım Aina Dalland-Jorgensen müşayiət edib.

 

Görüşün məqsədi Ombudsmanın miqrantların insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, həyata keçirdiyi tədbirlərlə tanışlıq, onlara müvafiq xidmətlərin göstərilməsinin təcrübədə tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.

 

Müvəkkil Ermənistanın Azərbaycana qarşı iyirmi ildən artıq müddətdə davam edən təcavüzü nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının müdafiəsinin ölkədə prioritet problem olduğunu və bu istiqamətdə mühüm işlərin görüldüyünü, bununla yanaşı, respublikamızda müxtəlif səbəblərdən özünə sığınacaq axtaran məcburi miqrantların da məskunlaşdığını diqqətə çatdırıb. E.Süleymanova Azərbaycandan köçüb Rusiya Federasiyasında miqrant ömrü yaşayan soydaşlarımızla, o cümlədən əmək miqrantları ilə bağlı bu ölkənin İnsan Hüquqları üzrə Müvəkkili ilə birlikdə müvafiq səlahiyyətli şəxslərlə görüşdüyünü, azərbaycanlı miqrantların saxlandığı yerlərə baş çəkərək onların vəziyyətini araşdırdığını, problemlərinin həllində, hətta bir qisminin ölkəyə qaytarılmasında yardımçı olduğunu söyləyib.

 

E.Süleymanova Ombudsman Aparatında qaçqın, məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sektorunun fəaliyyət göstərdiyini, bu sektorda eyni zamanda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və miqrantların da müraciətlərinə baxıldığını bildirib.

 

Qonaqlar Müvəkkilə səmimi qəbul, faydalı fikir mübadiləsi və səmərəli təkliflər üçün təşəkkür ediblər.

 

# 414
avatar

Oxşar yazılar

Alparslan İmamqulu

Tanınmış hərbi ekspert vəfat etdi

27 may 2024 , 09:54
Bakıda tozlu hava  nə qədər davam edəcək?

Bakıda tozlu hava nə qədər davam edəcək?

27 may 2024 , 09:23
Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00