Ombudsman miqrasiya təşkilatının ekspertini qəbul edib
19 sentyabr 2013 20:03 (UTC +04:00)

Ombudsman miqrasiya təşkilatının ekspertini qəbul edib

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) eksperti İrina Todorovanı qəbul edib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi BMqT və Ombudsman Aparatının qarşılıqlı əməkdaşlığı  çərçivəsində həyata keçirilən “Azərbaycanda miqrantların hüquqlarını qoruyan effektiv mexanizmlərin yaradılması” layihəsinin ölkəmizdə implementasiyasının qiymətləndirilməsi, habelə miqrantların insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərinin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.

 

E. Süleymanova miqrantların mövcud problemlərinin müəyyənləşdirilməsinin, sənədsiz miqrantların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün onlara pulsuz hüquqi məsləhətlərin verilməsinin, həmin şəxslərin hüquqi vəziyyətini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin, o cümlədən mədəniyyətimizin, dilimizin, dinimizintəbliğinə dair ixtisaslaşmış modulların hazırlanmasının vacibliyini vurğulayıb. Müvəkkil sığınacaq axtaran miqrantlara hüquqi və psixoloji yardımların göstərilməsinin, miqrantların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılmasının, habelə saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanmasına vətəndaş cəmiyyətinin iştirakı ilə, ictimai dinləmələr şəklində, konkret aspektlər üzrə miqrantları da cəlb etməklə müzakirələrin  keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

İ. Todorova isə Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

 

 

# 685
avatar

Oxşar yazılar