Oğurluqla məşğul olan dəstənin məhkəməsi davam etdirilib
13 oktyabr 2014 17:09 (UTC +04:00)

Oğurluqla məşğul olan dəstənin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Sumqayıtda silsilə oğurluqla məşğul olan  qrup üzvləri - Hacı Daşdəmirov,  Rauf Tağıyev, Taleh Hüseynoğlu, Hüseyn Ağayev,  Nicat Ağayev, İlkin Sadıqovun işi ilə bağlı proses davam etdirilib. Lent.az-ın məlumatına görə, Rauf Əliyevin sədrlik etdiyi məhkəmədə zərərçəkənlər dindirilib. Proses oktyabr 20-də davam etdiriləcək.

 

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin  əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Taleh Hüseynov, və  İlkin Sadiqov Corat qəsəbə sakini Qərənfil Çələbiyevə məxsus fərdi yaşayış evinə pəncərəni qırma yolu ilə daxil olublar. Oradan zərərçəkənə məxsus qızıl-zinət əşyalarını və bir ədəd noutbuku götürüblər.
Saxlanılan şəxslər qanunsuz yolla əldə etdikləri qızıl - ziynət əşyalarını Sumqayıt şəhərində yerləşən ticarət mərkəzlərindən birinə 1500 manata sataraq əldə etdikləri pulu aralarında bölüblər. 

 

Sentyabrın 21-də Rauf Allahyarova məxsus mağazadan oğurluq etmiş Corat qəsəbə sakini, əvvəllər məhkum olunan Hacı Daşdəmirov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvarın 8-də Ruslan Bayramova məxsus mağazadan 1600 manat pul, spirtli içki, tütün məmulatı və ərzaq məhsulları, habelə yanvarın 8-ə keçən gecə Sumqayıt şəhərinin ərazisində şəhər sakini Zamin Şirəliyevə məxsus mağazadan 35 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilib.

 

Dekabrın 30-da Sumqayıt şəhər sakini Ülviyyə Məmmədova Sumqayıt polisinə müraciət edərək dekabrın 29-da  ona məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsini bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Hüseyn Ağayev, Nicat Ağayev tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar