Ödənişli əsaslarla təhsil alanlar üçün şans
26 iyul 2013 17:24 (UTC +04:00)

Ödənişli əsaslarla təhsil alanlar üçün şans

 

 

Ödənişli əsaslarla təhsil alan tələbələrin dövlət vəsaiti hesabına təhsil alması şansı var.

 

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən, dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur.

 

Həmin təhsilalan dövlət sifarişi çərçivəsində təhsil alması ilə bağlı şərtləri qəbul etdiyi təqdirdə, bu proses müvafiq qaydada rəsmiləşdirilir. Tələbələrin biliyinin attestasiyası ali təhsil müəssisəsi tərəfindən aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Oxşar yazılar