Noyabrda hava aylıq normadan 1 dərəcə yüksək olacaq
30 oktyabr 2013 11:15 (UTC +04:00)

Noyabrda hava aylıq normadan 1 dərəcə yüksək olacaq

 

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir dərəcə yüksək olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

 

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 14-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm) olacaq.

 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-7 dərəcə isti, ayın ikinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, ayın ikinci yarısında 7-10 dərəcə isti gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17, bəzi günlərdə 6-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) olacaq.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 4-8 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 2-6, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm) olacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5, gündüzlər 13-18, bəzi günlərdə 6-11 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar