Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatıb
Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması planlaşdırılıb.
Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam yekunlaşıb və 175 milyon manat pensiyaçıların hesablarına köçürülüb.
Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb.
Bu il yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir. Onlardan 63 faizi yaşa görə, 26,6 faizi əlilliyə gərə, 10,4 faizi ailə başçısını itirməyə görə əmək pensiyası alır.