Azərbaycandan növbəti 21 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yola düşüb. Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.
Verilən məlumata görə, zəvvarlar martın 14-də qayıdacaqlar.
Qeyd edək ki, QMİ xətti ilə Ümrə ziyarətinə gedənlər üçün ən ucuz paket 1100 dollar, ən bahalısı isə 1500 dollardır.
Qiymətlərin fərqli olması xidmət səviyyəsi ilə bağlıdır.