Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aryen Peter Uyterlinde Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent. az-a məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Rektor Elmar Qasımov qonağı təhsil ocağında yaradılan infrastruktur ilə tanış edib, ona ali təhsil müəssisəsinin yaranma tarixi, 2012-ci ildə tələbə qəbulunun nəticələri, tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında məlumat verib.
Səfir Dövlət Neft Şirkətinin tərkibində müasir tipli Ali Məktəbin yaradılmasını yüksək qiymətləndirib.
Sonda rektor E. Qasımov qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” diplomunu təqdim edib.