Nicat Dağlar Bakıda müayinədən keçib – HƏKİM RƏYİ
09 yanvar 2014 12:49 (UTC +04:00)

Nicat Dağlar Bakıda müayinədən keçib – HƏKİM RƏYİ

Leykoz xəstəliyindən müalicə olunan jurnalist Nicat Dağlar bu gün Bakıda Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda müayinədən keçib.  Müayinənin nəticəsi barədə Lent.az-a açıqlama verən İnstitutun Hemotologiya şöbəsinin rəhbəri Zöhrə Əlimirzəyeva həmkarımızın vəziyyətinin yaxşı olduğunu bildirib: “Hazırda onun vəziyyəti yaxşıdır, qanın ümumi göstəriciləri norma daxilindədir. Əvvəllər leykositlərin sayının yüksəlməsi müşahidə olunurdu. Bu vaxta qədər keçdiyi müalicə kursu və xüsusi dərman preparatlarının qəbulu nəticəsində Nicat Hüseynovun vəziyyəti tamamilə normaya düşüb. Özünü yaxşı hiss edir və heç bir şikayəti yoxdur. Müalicə davam edir və biz onu bundan sonra da nəzarət altında saxlayıb lazımi dərman preparatları ilə təmin edəcəyik”.

Nicat Dağlar da Lent.az açıqlamasında müayinənin yaxşı nəticələr verdiyini bildirib.  Sonuncu müalicə kursunu qəbul etmək üçün yanvar ayının sonları Almaniyaya gedəcəyini deyən N. Dağlar orada sonuncu müayinə prosedurundan da keçəcək: “Alman həkimləri bu dəfə bel nahiyyəsindən onurğaya müdaxilə edib iliyin vəziyyətini öyrənəcəklər. Bu müayinənin nəticəsinə uyğun uzunmüddətli müalicə kursu təyin ediləcək və qəbul edəcəyim dərman preparatlarını da müəyyənləşdiricəklər”.

N.Dağlar qeyd edib ötən müddət ərzində onun vəziyyəti ciddi nəzarət altında saxlanılıb, bütün müayinə və müalicə kursları, eləcə də dərman preparatları ilə təminat dövlət hesabına həyata keçirilib: “Bilirsiniz ki, mənin müalicəmlə  bağlı prezident İlham Əliyev göstəriş vermişdi. Həmin gündən bu vaxta qədər mən bir an da olsa dövlətin diqqətindən kənarda qalmamışam. Sağlamlığımın tamamilə bərpa olunması üçün dövlətimiz bütün zəruri tədbirləri görür. İnşallah Almaniyada sonuncu müalicə kursundan keçib normal iş fəaliyyətimi də bərpa edəcəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Oxşar yazılar