Nicat Dağlar: “Yeni evimə tam sağlam qayıtmaq istəyirəm”
23 iyul 2013 12:04 (UTC +04:00)

Nicat Dağlar: “Yeni evimə tam sağlam qayıtmaq istəyirəm”

 

İki gün sonra Almaniyaya müalicəyə gedəcək Nicat Dağlar artıq Bakıdadı. Lent.az-ın əməkdaşı N.Dağları evində ziyarət edib, 22 iyul milli mətbuat günü və yeni mənzil alması  münasibəti ilə təbrik edib. Son günlər səhhətində problemlər yaranan jurnalist artıq müalicəsində irəliləyiş olduğunu deyir: “Gürcüstanda həkim qəfil üzümə “leykozsan” deyəndə yaşamaq istəmədim. İki balamı qucaqlayıb, hər şeyin bitdiyini, ürəyimdə “elə bura qədərmiş” dedim. Analizlərin sonrakı mərhələsində xəstəliyimin müalicəsi olduğunu öyrənəndə bir az özümə gəldim. Müalicə üçün tələb olunan vəsaitin məbləğini biləndə yenə əlim-qolum yanıma düşdü. Hardandı jurnalistdə o qədər pul? Sonradan Bakıdan xoş xəbərlər gəldi. Mənə dəstək olmaq insanlar mənə ümid verdi. Və sonra prezidentin qərarı məni həyata qaytardı. Sağalacağıma inandım. Artıq özümdə irəliləyiş hiss edirəm. İnşallah, daha da yaxşı olacağam. Almaniyadan yeni evimə, ailəmə tam sağlam qayıtmaq istəyirəm”.

 

Bu müddət ərzində ona mənəvi dəstəyini əsirgəməyən kəsə, xüsusilə də jurnalist həmkarlarına minnətdar olduğunu deyən N.Dağlar APA Holdinqə də təşəkkürünü bildirdi: “Mən öz adımdan, ailəm adından mənə bu ağır vaxtlarımda çox ciddi dəstək verdiyinə görə başda APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı olmaqla APA-nın bütün rəhbərliyinə, əməkdaşlarına minnətdarlığımı bildirirəm. Allah heç birimizin sağlamlığını əlimizdən almasın. Arzu edirəm ki, biz jurnalistlər həmişə belə həmrəy olaq. Allah qismət etsin ki, tezliklə sağalım. Və mən çalışacağam ki, APA-nın mənə göstərdiyi bu qayğıya, diqqətə mən də qarşılıq verə bilim. Allah mənə o imkanı yaratsın”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3547
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar