Bu blits-müsahibə deyil. Sadəcə müsahibə 30 sual ünvanlayırıq. Bəs niyə 30? Çünki əlifbamızda məhz bu qədər hərflə söz başlayır. Hərfi hərfə, sözü sözə calaya-calaya müsahiblərimizə ünvanlaycağıq bundan sonra. Adını “Əlifba dərsi” qoyduq. Görək bu dərsdən kimlər necə çıxacaq.
“Əlifba dərsi”nin növbəti müsahibi jurnalist Nicat Dağlardı.
Layihə: “Əlifba dərsi”
A –ğıllı fikir edincə, dəli Kürdən keçər? - Dəlinin beyni normal işləmədiyi üçün sağ qalmaqdan ötəri
çayın harasından keçəcəyini müəyyənləşdirə bilməz.
B –ala başa bəladı? - Heç vaxt. Bala başa tacdı.
C –anavar, ya dovşan? - Yeyilməmək üçün canavar.
Ç –amura daş atmısız? - Daşı atmazlar. Onu götürüb yarımçıq divara
qoyallar desinlər, tikdi ki, izi qala.
D –ost dar gündə tanınıb? - Dostu sınamazlar.
E –şşək işləyər, at yeyər? - At eşşəyin əməyinə göz dikməyi özünə sığışdırmaz.
Ə -linin papağını Vəli qoysa başına...? - “Əli olar papaqsız, Vəli olar papaqlı”.
F –aiq, ya Nadir? - Heç biri.
G –ecənin xeyri, yoxsa səhərin şəri? - Gecənin ayı, səhərin günəşi.
H -ər şeyin təzəsi,... ? - Bəzən çox şeyin köhnə olmasını istəyirəm...
X – alq kəsən barmaq qanayır? - Bütün xalqlar qandan qorxur.
İ – ki canbaz b ir ipdə oynayar? - Əvvəl ipin üzərinə odun yığlmalıdır.
Qırılmasa oynamaq olar.
J –- a rqon la aranız necədi? - Bu cavabı sizə ancaq “ksiva” ilə göndərə bilrəm...
– K im əkdi, kim becərdi? - Torpağımın dilini özüm bilirəm.
Məndən başqa kim əkər, kim becərər ki?
– Q onşunuza gülmüsüz? - Qonşularım həmkarlarımdır.
Onlara necə gülüm?..
- L ələ köçüb, yurdunda kim qalıb? - Lələnin yurdunu da dağıdıblar.
– M ərdi qovulanda namərd olur? - Yox, olmur. Qladiatora çevrilir.
–amərd körpüsündən keçmisiniz? - Körpü tikmək mədəniyyətdir. Namərd körpü tikə bilməz. N
–d olmayan yerdən tüstü gəlir? - Hə, gəlir. O qədər təpəmdən O
tüstü çıxıb ki...
–z itiniz özünüzü tutub? - Mən it saxlamıram. Ö
– P axıl artar? - Ancaq boyu uzanar, gözləri böyüyər.
- R əngə baxanda əhval bilinir? - Yaxşı baxsan, təvəllüdünü də öyərənə bilərsən.
–özün düzünü kim deyər? - Bayaqdan elə mən deyirəm... S
–ərti şumda kəsməyəndə nolar?- Şumda şərt kəsməzlər, kotan sürərlər. Ş
T–oxun acdan xəbəri var? - Tox yediklərini elə acın əlindən alıb.
U – man yerdən küsmüsüz? - Umduğum ünvanlarla bağlı düzgün təsəvvürlərim olmayıb
Ü – stünüzə İrasim gəlib?- İrasimlər həmişə arxamızca düşüb...
V – a r günün dostu çox olar? - Elə bunu istəyirəm – məndə olandan
dostlarıma da pay çatsın.
Y –azmaq, ya? - Yazmaq, yazmaq, yazmaq...
Z -əhlənizi tökmədim? - Əlbəttə ki, yox.