Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 İyul
18 iyul 2014 20:16 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 İyul

GÜNÜN ŞƏRHİ
 
Bugünkü yozumum əslində xəbərdarlıqdır.  Dünən Cəlilabaddan mal-qara arasında yayılan naməlum xəstəlik barədə məlumat aldıq. Bu gün isə məmləkətin başqa bölgəsindən eyni xəbər gəldi. Və mən bir il əvvəli xatırladım. Bir il əvvəl də eyni hadisə baş vermişdi. Bir bölgədə heyvanlar arasında aşkarlanan bu xəstəlik sonradan bütün ölkəyə yayıldı. O vaxt da xəstəlik aşkarlananda kəndlilər və fermerlər vəziyyətin ciddi olduğunu deyir, əlaqədar təşkilatlar isə bunun elə də təhlükəli olmadığını iddia edirdi. Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, Baytarlıq İdarələri vətəndaşları heyvanlar üçün dava-dərmana pul xərcləməməkdə və ya dərmanlardan düzgün istifadə etməməkdə günahlandırırdıl. 
Sonda isə məlum oldu ki, bölgələrdə baytarlıq apteklərində satılan dərmanların çoxu keyfiyyətsizdir və bu xəstəliyin yayılmasından istifadə edən işbazlar süni qiymət artımı ilə məşğuldurlar. Keçən il APA TV olaraq bu məsələ ilə bağlı kifayət qədər maarifləndirici verilişlər, reportajlar təqdim etdik. Çünki TV-nin elə birinci missiyası maarifləndirməkdir. Heyvanları isə maarifləndirmək olmur. Onlara qulluq etmək lazımdır, özü də çox yaxşı. Hələ ki, vəziyyət keçən ilki həddə çatmayıb. Ümidvaram ki, bu işə məsul olan təşkilatlar məni eşitdi...
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar