GÜNÜN ŞƏRHİ
Dünyanın rəsmi dəyişir. Maraqlar və strateji məqsədlər yeni manevr alır. Vyana müzakirələrində əvvəlcədən məlum olan bir məqam var idi. Əgər konkret olaraq iki ölkə - ABŞ və İran bir-birinə qarşı xoşməramlı addım atmasaydılar bu danışıqların baş tutacağı sual altından çıxa bilməyəcəkdi. Müzakirələrin 15 gün ərzində uzanması da buna hazırlıqla bağlı idi. Bölgədəki bəzi dövlətlərin açıqlaması isə aydındır. Burada təəccüblü heç nə yoxdur. Bu qüvvələr Tehranla beynəlxalq "altılıq"ın arasında hər hansı razılaşmaya əvvəlcədən müxalif olublar. Amma ABŞ-ın bölgədəki maraqları görünən odur ki, dəyişib. Çünki İran özünü Yaxın Şərqdə gedən proseslərdə daha aktiv göstərə bildi. Tehran sübut etdi ki, ona qarşı tətbiq olunan sanksiyaların təsiri içərisində belə regionda kifayət qədər nüfuz sahibidir. Bu isə ABŞ-ın bölgədə güclü tərəfdaş qazanması planlarına uyğundur. Bundan sonra bu tərəfdaşlığın hansı istiqamətdə davam edəcəyini isə zaman göstərəcək...