Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 İyul
13 iyul 2015 20:10 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 İyul

GÜNÜN ŞƏRHİ

 

İranla anlaşmanın əldə olunması istər regional, istərsə də qlobal proseslərə ciddi təsir göstərəcək. İran təcrid vəziyyətindən çıxaraq dünya siyasətində aktiv rol oynayacaq, xüsusən regional problemlərin həllində - İraq, Suriya məsələlərində, Yəməndə vəziyyətin sabitləşməsində...

 

Bura həmçinin İŞİD-lə mübarizə məsələsini də əlavə etmək lazımdır. Saziş bağlanarsa, ABŞ və İranın regional maraqlarının müəyyən mənada uzlaşdığını söyləmək olar. Bundan başqa, məlumdur ki, İran bölgədəki radikal şiə qruplaşmaları - "Hizbullah" və "Həmas" üzərində ciddi təsir gücünə malikdir. Bu qrupların hansısa formada nəzarətdə saxlanılması və Qərb maraqları əleyhinə fəaliyyətinin neytrallaşdırılması ABŞ və Avropa Birliyinin marağındadır. Digər faktor isə enerji ehtiyatlarının ixracı məsələsidir.

 

İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılarsa, bu ölkə öz zəngin neft-qaz ehtiyatlarını Avropa bazarına çıxarmağa başlayacaq. Bu isə neft və qazın qiymətinin daha da aşağı düşməsinə, ən azı aşağı düşməsə belə, artmamasına təsir göstərəcək ki, ABŞ bunda da maraqlıdır. Bu? həm də ABŞ-ın ən böyük rəqibi -  Rusiyanın zəifləməsi deməkdir....

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar