Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Fevral
13 fevral 2015 20:11 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Fevral

0
 

 

GÜNÜN ŞƏRHİ

Türkiyə Ermənistanla münasibətlərin normallaşması qarşısında Dağlıq Qarabağın işğal olunması faktorunu əngəl sayır. Əslində normal və qardaşcasına yanaşmadır, Türkiyə dəfələrlə “Dağlıq Qarabağ münaqişəsi nizamlanmayınca Ermənistanla sərhədlər açıqlamayacaq” bəyanatı ilə çıxış ediblər. Problem Ankaranın Dağlıq Qarabağ münaqişəsini Ermənistanla münasibətlərin normallaşmasında az qala yeganə əngəl hesab etməsindədir. Baş nazirin “ermənilər bircə rayonu azad etsəydilər, sərhədləri açacaqdıq” fikri, 1915-ci il hadisələrini fəlakət adlandırmaq, “eyni acıları yaşadıq” bəyanatları bunu bir daha təsdiqləyir. Sanki Türkiyə Ermənistanın bu ölkəyə qarşı ərazi iddialarını, soyqırımı iddialarını, təzminat iddialarını qəbul edib, tək əngəl Dağlıq Qarabağ məsələsidir. Bu, qardaşın qardaşa “sizə görə Ermənistanla münasibətlərimiz korlanıb” minnətindən başqa bir şey deyil. Əslində bu münasibət bir gerçəyi də ortaya qoyur – Azərbaycanın Ermənistan məsələsində bu qədər sərt və sabit mövqe tutmasaydı, Türkiyə çoxdan Ermənistanın 100 ildir apardığı oyunun qurbanı olmuşdu. Bu isə minnət deyil, bir gerçəkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar