Nəqliyyat Nazirliyinin müfəttişləri bu dəfə jurnalistlərə hücum etdilər
14 may 2013 18:24 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin müfəttişləri bu dəfə jurnalistlərə hücum etdilər

Bakı-Quba-Rusiya sərhəd yolunun Qusar rayonu ərazisində "İnteraz" TV-nin və "SalamNews" informasiya agentliyinin şimal bölgə müxbiri Rauf Əhmədov və onun operatoru Baba Xələfov peşə fəaliyyətlərini yerinə yetirərkən nəqliyyat nazirliyi əməkdaşlarının hücumuna məruz qalıblar.

Lent.az-ın “SalamNews"a istinadən verdiyi xəbərə görə, İnterAz TV və Salamnews İnformasiya Agentliyinin şimal bölgəsi üzrə müxbiri Rauf Əhmədov və operatoru Baba Xələfov Nəqliyyat Nazirliyi əməkdaşlarının "Ford Tranzit" markalı avtomobili qovduqlarının şahidi olub.

Bu zaman qəza şəraitinin yarandığını görən televiziya əməkdaşları həmin faktı lentə alıblar. Avtomobili saxlatdıra bilməyən departament işçiləri bu dəfə jurnalistlərin maşınının qarşısını kəsiblər. Rauf Əhmədov bunun səbəbini soruşduqda departament işçlərinin hücumuna məruz qalıb. Peşə fəaliyyətini yerinə yetirən jurnalisti hədələyən departamentin işçisi ona yumruq zərbələri endirməkdən belə çəkinməyib.

Departament işçilərinin vəhşi əməlləri ilə bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Xidmətinin Qusar postuna gedən çəkiliş qrupu müfəttişin qanunsuz fəaliyyəti barədə məlumat verib. Özünü təqdim etməyən “rəis” belə halın yolverilməz olduğunu, həmçinin departament əməkdaşlarının minik avtomobillərini saxlamaq səlahiyyətinin olmadığını deyib.

Ekspertlərin fikrincə, ümumiyyətlə, qanuna görə, departament əməkdaşlarının hansısa avtomobili saxlatmaq, qovmaq hüququ yoxdur. Çünki belə vəziyyətdə istənilən an yol qəzası baş verə bilər. Jurnalistlərə hücuma gəlincə, bu, birbaşa cinayət əməlidir.

Jurnalist Rauf Əhmədov tərəfindən faktla bağlı Qusar RPŞ-nə rəsmi müraciət olunub.

Hazırda Qusar polisi tərəfindən araşdırma aparılır.


Həmin görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3196
avatar

Oxşar yazılar