Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib. Lent.az-ın məlumatına görə, Nazirlər Kabineti “Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə" qərar verib. Qərara əsasən, ölkə ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi alacaq.
Həmçinin, Nəqliyyat Nazirliyinə bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.
Nəqliyyat Nazirliyinə səlahiyyətlər verildi
2001